ABŞ-nin texnologiya nəhəngi "Microsoft" "Word", "Excel" və "Outlook" "Office" proqramlarına süni intellekt əlavə edəcəyini açıqlayıb.
525.az xəbər verir ki, şirkətin açıqlamasında "Copilot" adlanan yeni funksiyanın uzun e-poçtları ümumiləşdirmək, "Word"də hekayələr hazırlamaq və "PowerPoint"də slaydları canlandırmaq kimi əməliyyatları həyata keçirməyə imkan verəcəyi bildirib.
Açıqlamada şirkətin son vaxtlar məşhur olan süni intellektli söhbət robotu "ChatGPT"yə bənzəyən "Business Chat" adlı söhbət funksiyasını da tətbiqlərinə əlavə edəcəyi qeyd edilib.
Məhəmməd Tağıyev