İyulun 13-də Sabunçu rayonu Pirşağı qəsəbəsi yaxınlığında çimərlikdə dənizdə boğulan iki nəfərlə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, boğularaq ölən 48 yaşlı Nadir Alışovla 22 yaşlı Yusif İsmayılov dayı-bacıoğlu olublar. Hadisədən bir qədər əvvəl N.Alışovun oğlu bibisi oğlu Yusifin dənizdə batdığını görüb və qışqıraraq atasını çağırıb. Bacısı oğlunun batdığını görən N.Alışov suya atılıb və onu xilas etməyə çalışıb.
Lakin onlar küləkli hava şəraitində dalğalar arasında itiblər.
*****
12:22
İyulun 13-də Bakı ətrafındakı çimərliklərdə 3 nəfər boğularaq ölüb.
Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Pirşağı qəsəbəsi yaxınlığında çimərlikdı 1966-ci il təvəllüdlü Alışov Nadir Xanqulu oğlu və 1992-ci ildə anadan olmuş İsmayılov Yusif İslam oğlu boğularaq ölüb. Hər iki şəxsin meyiti sudan çıxarılıb.