|
|
|
|
"YouTube" sosial şəbəkə platforması ABŞ-nin keçmiş prezidenti Donald Trampın hesabına qoyulan qadağanı aradan qaldırdığını açıqlayıb.
525.az xəbər verir ki, platformanın "YouTubeInsider" adlı "Twitter" hesabında verilən açıqlamada: "Bu gündən etibarən Donald J. Trump kanalı artıq məhdudlaşdırılmır və yeni məzmun yükləyə bilər. Bu kanal "YouTube"dakı hər hansı digər kanal kimi siyasətlərimizə tabe olmağa davam edəcək", - deyə bildirilib.
Qeyd edək ki, Donald Tramp bundan sonra kanalında 2,6 milyondan çox izləyici toplaya və "YouTube"un reklam siyasətlərinə uyğun olaraq prezidentlik kampaniyası üçün "YouTube" reklamları ala biləcək.
Məhəmməd Tağıyev