|
|
|
|

İyulun 15-də İranın Estəhban şəhərinin yaxınlığında sınaq təlimlərinə qatılan qırıcı təyyarə qəzaya uğrayıb.
“Media forum” saytının məlumatına görə, İran ordusunun Kohkiluye və Boyerəhməd əyalətindəki komandirlərindən olan Əmirhüseyn Məhəmmədi jurnalistlərə açıqlama verərək deyib ki, qəzada təyyarənin pilotu və onun köməkçisi yerindəcə həlak olub.
Əmirhüseyn Məhəmmədi təyyarə qəzasının təfərrüatı haqda danışmasa da, hadisənin texniki nasazlıq ucbatından baş verdiyini təxmin etdiyini bildirib.
Təyyarə qəzasında həlak olanların kimliyi haqda məlumat yayılmayıb.



