|
|
|
|
İranın cənubundakı Kirman vilayətində güclü yağışlardan sonra baş verən seldə 3 nəfər həyatını itirib.
525.az İran İşçi Xəbər Agentliyinin (İLNA) verdiyi məlumata istinadən bildirir ki, Kirman Qızıl Aypara Cəmiyyətinin direktoru Rza Fellah əyalətin 6 kəndinə təsir edən sel haqqında məlumat verib.
Fellah: "Kirman vilayətinin Ciruft rayonunda seldə 3 nəfər həyatını itirib. Üçüncü şəxsin cəsədi Abgerm kəndinin çayında tapılıb", - deyib. Bölgəyə çoxlu sayda axtarış-xilasetmə qrupunun göndərildiyini bildirən Fellah, suyun çəkilməsi və yardım işlərinin davam etdiyini qeyd edib.
Malik Atilay