https://525.az/img/pics/medium/2023-05/270631_8qi8zapis3.jpg Seçki məntəqəsində maraqlı evlilik təklifi
https://525.az/img/pics/medium/2023-05/270607_svr7gighol.jpg "Cəmiyyət teatra münasibəti ilə xarakterizə olunur"
https://525.az/img/pics/medium/2023-05/270597_ulne4biv52.jpg Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib
https://525.az/img/pics/medium/2023-05/270520_cn7jm9fd4r.jpg Cümhuriyyət dövründə dil
search
29 May 2023
28 May 2023

Fransalı pilot Bakıdakı yarışı buraxa bilər

Fransalı pilot Bakıdakı yarışı buraxa bilər

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.

525.az xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı yarışda qəza törətməsi səbəb olub.

Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.

Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.

"Alpin"in ehtiyat sürücüsü "Formula 2"də mübarizə aparan Cek Duendir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə təşkil olunacaq.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.