|
|
|
|

İyulun 16-da Baş Prokurorluq rəsmi məlumat yayıb.
Media forumun xəbərinə görə, məlumatda deyilir:
Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 258 min 550 manat məbləğində külli miqdarda dövlət vəsaitini israf etdiyi üzə çıxıb. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



