https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

“Valletta”nın baş məşqçisi: “Qarabağ”a təslim olmaq fikrində deyilik”

“Valletta”nın baş məşqçisi: “Qarabağ”a təslim olmaq fikrində deyilik”

“Bizim əsas məqsədimiz qapımızdan qol buraxmamaq idi. Komandam keyfiyyətli oyuna üstünlük verdi. Düşünürəm ki, görüşün sonuna qədər təzyiqlərimizi davam etdirsəydik, mütləq rəqibdə hansısa boşluqlar aşkar edəcəkdik. Beləliklə də hesabı bərabərləşdirə bilərdik”.

Qol.Az-ın Malta mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Valletta” klubunun baş məşaçisi Qilbert Aqius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:1) sonra deyib.

O, komandasının məğlubiyyətini “Qarabağ”ın daha güclü olması ilə əlaqələndirib: “Oyuna ən düzgün şəkildə hazırlaşmışdıq. Komandam rəqibə yaxşı müqavimət göstərirdi. Ancaq bu faktdır ki, “Qarabağ” ardıcıl bir neçə il Avropa Liqasında uğurlu çıxış edən komandadır. Rəqibin heyətində güclü futbolçular var. Əsasən də üç braziliyalı yarımmüdafiəçini (Reynaldo, Çümbinyo, Almeyda) qeyd edə bilərəm. Hansı ki, onlar həm orta sahədə oyun qurur, həm də sürətli hücumlar təşkil edirdilər”.

Q.Aqius “Qarabağ”ın “Valletta”dan aşkar üstün olduğunu etiraf edib. Bununla belə o, cavab oyununa ümidlə yanaşdığını da bildirib: “İki komanda arasında böyük keyfiyyət fərqi var. Ancaq təslim olmaq fikrində deyilik. Futbolçularımı cavab oyununa çox yaxşı hazırlayacağam. İnanıram ki, onlar bacardıqları ən yaxşı oyunu göstərəcəklər.  “Valletta”  çempionluq yarışında böyük xarakter göstərib. İnanıram ki, “Qarabağ”la cavab oyununda da fədakarlıq edəcəklər”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.