Dünyada tayı-bərabəri olmayan lüks avtobus istehsal edilib.
Lent.az-ın habertürk-ə istinadən verdiyi məlumata görə, “Oasis” adı verilmiş avtobusun istehsalında müxtəlif materiallardan istifadə edilib. Avtobusun aşağı hissəsində xüsusi əyləncə otağı da yerləşir.
İstehsalçı şirkətdən verilən açıqlamada qeyd olunur ki, avtobus 2 milyon dollara satılır: “Sifarişçinin istəyinə uyğun olaraq dizaynda dəyişikliklər edilir”.
Qeyd edək ki, 2 milyon dollar qiyməti olan “Oasis” lüks villalardan çox fərqlənmir.