|
|
|
|

İsrail xarici işlər naziri Aviqdor Liberman HAMAS-la atəşkəs şərtlərinin razılaşdırıldığı barədə məlumatı təkzib edib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, A.Liberman məsələ ilə bağlı İsrail baş naziri ilə söhbət etdiyini bildirib.
“Atəşkəslə bağlı razılıq əldə olunmayıb. Hələlik atəşkəsdən çox uzağıq”, - deyə o vurğulayıb.
*** 17:12
İsrail və HƏMAS nümayəndələri atəşkəs şərtləri ilə bağlı razılığa gəliblər.
APA-nın məlumatına görə, bu haqda Qərb mətbuatının İsrail rəsmilərinə istinadən yaydığı xəbərdə deyilir.
Atəşkəs razılaşmasının iyulun 18-də səhər saatlarında qüvvəyə minəcəyi bildirilir.



