Rusiyanın Stavropol diyarında içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.
Bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.
F. Yarıyev bildirib ki, yaralılar mikroavtobusun sürücüsü və Azərbaycan vətəndaşı olan 5 nəfər sərnişini, eləcə də mikroavtobusla toqquşan “Jiquli”nin 2 sərnişinidir. Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:
Əliquliyev Sərəddin Amir oğlu, Qurbanova Urbiyyə Zülfüqar qızı, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Xamir Ehtiram oğlu, Abışov Rəis Baloğlan oğlu.
Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.