|
|
|
|

“İslam Dövləti” (İŞİD) qüvvələri Suriyanın Homs şəhərinin yaxınlığında yerləşən “Şaar” qaz yatağına hücum ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlıların irimiqyaslı əməliyyatı nəticəsində yatağın mühafizəsini həyata keçirən hərbçi və mühafizə xidmətinin əməkdaşlarından azı 115 nəfəri öldürülüb.
Məlumata görə, qaz yatağında çalışan daha 250-dək işçi barədə heç bir məlumat yoxdur.



