https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ" - "Valletta" matçının hakimləri dəyişdi

"Qarabağ" - "Valletta" matçının hakimləri dəyişdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valetta" (Malta) oyununa hakim təyinatında dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı əvvəlcədən nəzərdə tutulduğu kimi Avstriya deyil, Belarus təmsilçisi olan hakimlər briqadası idarə edəcək.

Buna səbəb isə "Qarabağ"ın "Valletta" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə məhz Avstriya təmsilçisi "Zalsburq"la qarşılaşmasıdır.
 
Bu səbəbdən Bakıda keçiriləcək oyunun avstriyalı hakimlər tərəfindən idarə olunması məqsədə uyğun sayılmayıb. Oyunun baş hakimi Sergey Sinkeviç olacaq. Ona Yevgeni Romanov və Vitali Maliutsin yardım edəcək. Denis Şerbakov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu iyulun 22-də, saat 21:30-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.