
Tərtərdə yol qəzasına düşən hərbiçilərin şəxsiyyəti məlum olub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, yaralanan dörd nəfərin hamısı Azərbaycan silahlı Qüvvələrində müddətdən artiq xidmət edən (MAXE) hərbiçilərdir. Yaralılar 1992-ci il təvəllüdlü Bəylərov Emin Nuğay oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə Nurlan Rəfail oğlu, 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğludur.
Qəza zamanı həlak olan hərbi qulluqcu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Əsgərzadə Anar İlham oğludur.
Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər.
Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də, amma kimin idarə etdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aprılır.



