Əfqanıstanın Faryab bölgəsində təhlükəsizlik xidmətinin əməkdaşları ilə “Taliban” yaraqlıları arasında güclü atışma olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 42 nəfər həyatını itirib.
Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunur ki, ölənlərdən 29-u terrorçu, 9 nəfəri təhlükəsizlik xidmətinin əməkdaşı, 4 nəfər isə mülki sakin olub.
16 yaraqlının və eləcə də 3 polis əməkdaşının da ağır yaralandığı bildirilir. Qarşıdurma nəticəsində bölgə sakinlərinin çoxu evlərini tərk edib.