İtaliyanın məşhur “La Stampa” qəzeti iqtisadi böhran yaşayan Yunanıstan haqda maraqlı məqalə dərc edib.
525.az-ın məlumatına görə, qəzet krizis dövrü keçirən Yunanıstanın türk seriallarından təsəlli aldığını yazıb.
Məqalədə türk seriallarının bu ölkədə böyük maraqla izləndiyi, hətta efirin ən reytinqli saatlarında yayımlandığı qeyd edilib.
“Yabancı damat” ilə yunan telekanallarına ilk addımını atan türk seriallarına maraq həddindən artıq çoxalıb.
“Muhteşem Yüzyıl”, “Ezel”, “Aşk-ı Memnu”, “Sıla”, “Kısmet”, “Aşk ve Ceza”, “Dudaktan Kalbe” kimi seriallar bu ölkənin efir məkanında yerli verilişlərin reytinqini də alt-üst edib.
Yeni seriallar çəkməyə vəsaiti olmayan Yunanıstan türk filmlərini yayımlamaqla efir məkanındakı boşluğu aradan qaldırır.
Nigar Məhərrəm