
“Universitet mühiti yalnız təhsil mühiti deyil, fərqli şəhərlərdə universitetlər mövcud olanda həmin bölgənin, şəhərin ümumi intellektual inkişafı şərtlənir. Eyni zamanda mədəni mühit formalaşır. Bu baxımdan düşünürəm ki, universitetlərin paytaxtdan köçürülməsində maraqlı olmalıyıq”.
Bunu 525.az-a Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. Cəmiyyət sədri qeyd edib ki, Bakı şəhərinin baş planı təsdiq olunub. Baş planda Bakı şəhərinin genişləndirilməsi çərçivəsində universitetlərin köçürülməsini gündəmə gətirir. Digər tərəfdən, işğaldan azad olunmuş torpaqların bərpası, yenidən qurulması və yeni infrastrukturun təmin olunması, universitet mühitinin formalaşması gündəmdədir:
“Düşünürəm ki, yalnız işğaldan azad olunmuş ərazilərdə deyil, respublikanın digər bölgələrində də universitetlərin fəaliyyətə başlaması faydalı ola bilər. Eyni zamanda universitetlər üçün fərqli yaşayış kampusları olur”.
Sevinc Qarayeva



