
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupunun Rusiya sərhədlərinə daxil olduğunu və Rusiya təhlükəsizlik qüvvələrinin bu qrupun zərərsizləşdirilməsi üçün tədbirlər gördüyünü bildirib.
525.az xəbər verir ki, Qladkov sosial media hesabından verdiyi açıqlamada Ukrayna Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat qrupunun Ukrayna ilə sərhəddəki Qrayvoron ərazisinə daxil olduğunu bildirib. "Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Mühafizə Korpusu və sərhədçilər qrupun zərərsizləşdirilməsi üçün lazımi tədbirlər görür", - Qladkov deyib.
Dünəndən etibarən bu bölgənin də Ukrayna tərəfindən pilotsuz uçuş aparatları və minaatanlarla hücuma məruz qaldığını söyləyən Qladkov yaşayış məntəqələrində ziyanın olduğunu bildirib.
Qladkov qeyd edib ki, hücumlarda Qlotovo kəndində 2 nəfər yaralanıb.
Malik Atilay



