|
|
|
|
ABŞ-nin "Axiom Space" kosmik şirkətinin Səudiyyə Ərəbistanından olan astronavtların da olduğu ikinci kommersiya kosmik gəmisi "Ax-2" Beynəlxalq Kosmik Stansiyadan qayıdıb.
525.az xəbər verir ki, səfəri "Ax-2" adı ilə tamamlayan 4 nəfərlik komanda 12 saatlıq yoldan sonra ABŞ-nin Florida ştatına enib. "Ax-2" ekspedisiyasında xüsusi astronavt qismində NASA-nın veteran astronavtı Peqqi Uitson (kapitan) və Tennessili iş adamı Con Şofner (pilot), həmçinin Səudiyyə Ərəbistanından döş xərçəngi tədqiqatçısı Rayyane Bernavi və Səudiyyə qırıcı pilotu Əli Karni iştirak ediblər. "Axiom Space" şirkətinin ikinci kommersiya uçuşunda olan Bernavi kosmosa çıxan ilk Səudiyyə Ərəbistanı qadını olub. Təxminən 8 gün davam edən ekspedisiya zamanı Bernavi və Karni kosmik stansiyanın mikroqravitasiya mühitinə uyğun olaraq kök hüceyrə araşdırması aparıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kosmik Agentliyi 2022-ci ilin sentyabrında "Vision 2030" çərçivəsində kosmos proqramının işə salındığını elan etmişdi.
Məhəmməd Tağıyev