İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi davam edir.
525.az xəbər verir ki, burada 70 000-dən çox kitab müxtəlif endirimlə satışa çıxarılıb.
Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlunun təsisçisi olduğu Milli kitab sərgisinə bu il ABB ı tərəfdaşlıq dəstəyi göstərir.
Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə, biliklərə marağı artırmaq, yaradıcı istedadlara dəstəkdir.
Mövzu ilə bağlı daha ətraflı “525-ci kanal” da izləyə bilərsiniz.
Nigar Abbasova