|
|
|
|

Peruda avtobusun dərəyə düşməsi nəticəsində 18 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, qəza Kataxombo şəhəri yaxınlığında baş verib.
Güclü yağış üzündən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərinliyi 50 metr olan dərəyə yuvarlanıb.
Qeyd edək ki, ötən il Peruda 3 minə yaxın insan yol-nəqliyyat hadisələrinin qurbanı olub.



