|
|
|
|
ABŞ-nin “Microsoft” proqram təminatı şirkətinin qurucusu Bill Qeyts qlobal sağlamlıq və inkişaf məsələləri sahəsində çalışan fondu təmsil edən danışıqlar aparmaq üçün Çinə səfər edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Qeyts şəxsi "Twitter" hesabında 2019-cu ildən bəri ilk dəfə Pekinə gəldiyini açıqlayıb. Səfərində Qeyts Fondunun 15 ildir əməkdaşlıq etdiyi Çindəki tərəfdaşları ilə görüşəcəyini bildirən Qeyts, Çinin malyariya dərmanlarının inkişafından tutmuş, iqlim dəyişikliyi ilə mübarizəyə qədər bir çox sahədə uğurlu təcrübəyə malik olduğunu bildirib.
Qlobal iqlim dəyişikliyi, sağlamlıq və ərzaq təhlükəsizliyinə çıxışda bərabərsizlik kimi problemlərin həlli üçün texnoloji yeniliklərə ehtiyac olduğuna diqqət çəkən Qeyts, dünyada yoxsulluğun və uşaq ölümünün azaldılmasında əhəmiyyətli irəliləyişlərin əldə edildiyini, lakin qlobal böhranların qazanılan uğurları geri apardığını vurğulayıb.
Yüksək ərzaq qiymətləri, borclar, vərəm və malyariya kimi xəstəliklərin artması səbəbiylə Afrika ölkələrinin xüsusilə həssas olduğuna diqqət çəkən Qeyts, Çin səfərindən sonra növbəti dayanacağının Qərbi Afrika olacağını qeyd edib.
Malik Atilay