|
|
|
|
NASA 2020-ci ilin sonlarında Yupiterin 31-ci yaxın keçidi zamanı "Juno" kosmik gəmisinin çəkdiyi fotoşəkilləri dərc etməyə başlayıb. Ötən gün yayılan bir fotoşəkildə qaz nəhənginin şimal qütbünün yaxınlığında burulğan və ildırım çaxmasının müşahidə oluna bilən parıltısı əks olunub.
525.az xəbər verir ki, NASA Yupiterdəki ildırımın da Yerdəki kimi, tərkibində ammonyak-su məhlulu olan buludlarda baş verdiyini və daha çox qütblərin yaxınlığında müşahidə olunduğunu bildirib. İldırım şəkli "Juno"nun 30 dekabr 2020-ci ildə Yupiterə 31-ci yaxın uçuşunu tamamladığı zaman çəkilib.
Alim Kevin M. Gill isə 2022-ci ildə kosmos gəmisindəki "JunoCam" alətindən götürülən xam məlumatlardan alınan şəkli emal edib. Kosmik gəmi planetə yaxınlaşarkən Yupiterin bulud zirvələrindən təxminən 32.000 km hündürlükdə 78 dərəcə enində olub.
Qeyd edək ki, "Juno" Yupiterə 50-dən çox uçuş həyata keçirib və 820 min kilometrdən çox məsafə qət edib.
Məhəmməd Tağıyev