|
|
|
|

TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazalarının təşkilatçılığı ilə Fransada yaşayan azərbaycanlı yazıçı Şain Sinarianın ˝Bir ömür, iki tale˝ kitabının təqdimatı və imza günü keçirilib.
“Fransanın Milli Qəhrəmanı” adlandırılan “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovun rəsmi bioqrafiyasının təqdimatında Xalq şairi Ramiz Rövşən, Millət vəkili Aqil Abbas, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq artisti Mehriban Zəki, kinorejissor Ayaz Salayev, Fransanın Azərbaycandakı səfiri Ann Buayon, Professor Qulu Məhərrəmli, yazıçının digər dostları və oxucular iştirak ediblər.
Şain Sinarianın müəllifi olduğu "Bir ömür, iki tale" kitabı çoxillik araşdırmaların nəticəsidir. Fransa arxivlərindən tapılan materiallar, muzeylərdəki tarixi sənədlər, habelə fransız tarixçiləri və Akmed Mişelin cəbhə yoldaşları ilə söhbətlər əsasında yazılmış bu kitabda oxucuya Əhmədiyyə Cəbrayılovun əslində kim olduğu haqqında geniş məlumat verilib.
Tədbirlə bağlı ətraflı məlumatı “525-ci kanal” da izləyə bilərsiniz.
Nigar Abbasova



