|
|
|
|
2022-ci ildə Kanadanın rəsmi qurumlarının kompüter sistemlərinə orta hesabla 6,3 milyard kiberhücum edildiyi açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada Rabitə Təhlükəsizliyi Qurumunun (CSE) açıqladığı hesabatda son bir il ərzində Kanadanın federal agentliklərinə qarşı gündə orta hesabla 6,3 milyard “zərərli hərəkət” edildiyi qeyd edilib.
CSE hesabatında deyilir ki, daim inkişaf edən onlayn mühitdə, Kanadada zəifliklərdən istifadə etmək istəyən cinayətkarlar, hakerlər və düşmən hökumətlərin qurumları il ərzində dövlət qurumlarına və təşkilatlarına qarşı 2,3 trilyondan çox "zərərli hərəkətlər" törədiblər.
CSE prezidenti Caroline Xavier kiberhücumlarla bağlı ətraflı açıqlama verərək: "Həmişə olduğu kimi, işimizin bəzi hissələri var ki, onları ictimai hesabatda paylaşa bilmirik", - deyib.
Qeyd edək ki, Kanada hökuməti yaxın illərdə CSE-nin xarici əməliyyatlar aparmaq qabiliyyətini gücləndirmək üçün 273,7 milyon dollar ayırıb.
Malik Atilay