|
|
|
|
"James Webb" Kosmik Teleskopu tərəfindən çəkilmiş fotoşəkilləri araşdıran elm adamları qaranlıq ulduzlar hesab edilən üç böyük kütləli parlaq göy cismi aşkar ediblər.
525.az xəbər verir ki, Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc edilən araşdırmada "Webb" Teleskopu ilə çəkilən üç ulduzun kainatda yaranan ilk ulduzlar olan qaranlıq ulduzlar ola biləcəyi bildirilib.
Bu vaxta qədər nəzəri olan qaranlıq ulduzların Günəşdən 10 milyard dəfə daha parlaq olduğu və kainatda bu gün görünən ulduzlar meydana gəlmədən əvvəl mövcud olduğu düşünülür.
Qeyd edək ki, Vaynberq Nəzəri Fizika İnstitutunun direktoru və tədqiqatın həmmüəllifi Katerin Friz: "Yeni bir ulduz növünü kəşf etmək özlüyündə olduqca maraqlıdır, lakin ulduzu gücləndirən obyektin qaranlıq maddə olduğunu öyrənmək daha böyük kəşf olardı", - deyib.
Məhəmməd Tağıyev