
Bakıda vətəndaşı hədələyərək 3 min manatını aldığına görə həbs edilmiş şəxsin tanınmış jurnalist olduğu məlum olub.
Lent.az-ın məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının yaxaladığı Quba rayon sakini Dəyanət Babayev (Azərsoy) paytaxtda vətəndaşı hədələyərək xeyli miqdarda pulunu almaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, D.Azərsoy bir sıra KİV-lərlə yaxından əməkdaşlıq edir.



