ABŞ-də federal məhkəmə proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğuna görə "Google"u 338,7 milyon dollar təzminat ödəməyə məcbur edib.
525.az xəbər verir ki, Texas ştatının Vako şəhərindəki federal məhkəmənin münsiflər heyəti proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğunu əsas gətirərək "Google"un 338,7 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Mövzu ilə bağlı qiymətləndirməsində "Google" sözçüsü, şirkətin texnologiyanı hər zaman müstəqil şəkildə inkişaf etdirdiyini iddia edərək, qərara etiraz edəcəklərini deyib.
Məhəmməd Tağıyev