Avropa İttifaqı (Aİ) qrafika və proqram təminatı şirkəti "Adobe"nin "Figma" dizayn platformasını 20 milyard dollara almaq cəhdinin rəqabət qaydalarını pozub-pozmayacağını müəyyən etmək üçün istintaq başladıb.
525.az xəbər verir ki, Aİ Komissiyası "Adobe"nin ABŞ-də yerləşən "Figma"nı əldə etmək cəhdinin qaydalara uyğun olub-olmaması ilə bağlı rəsmi rəqabət araşdırması başlatdığını açıqlayıb. Açıqlamada satınalmanın interaktiv məhsul dizaynı proqram təminatı və rəqəmsal aktiv vasitələrinin təchizatında qlobal bazarlarda rəqabəti azalda biləcəyi bildirilib.
Qeyd edək ki, "Adobe" keçən il "Figma" üçün 20 milyard dollar təklifi vermişdi.
Məhəmməd Tağıyev