Çin yüksək ayırdetməli optik yer müşahidə peyki "Gaofin-12 04"ü kosmosa buraxıb.
525.az xəbər verir ki, peyk ölkənin şimal-qərbindəki Ciucuen Mərkəzindən "Long March 4B" daşıyıcı raketi ilə buraxılıb. Peyk planlaşdırılan orbital mövqeyinə enib. Buraxılış "Long March" raketləri ilə 483-cü uğurlu nəqliyyat missiyası idi.
Peykin kadastr, şəhərsalma, yol şəbəkəsinin layihələndirilməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, fəlakətlərin monitorinqi və qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Çin "Gaofin" peyklərini kosmosdan daha aydın yer müşahidələri aparmaq üçün ilk dəfə olaraq 2010-cu ildə istehsal etməyə başlamışdı.
Məhəmməd Tağıyev