Türkiyədə yeni müvəqqəti baş nazirin təyin ediləcəyi vaxt açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Məlumata görə, yeni müvəqqəti baş nazir hakim partiyanın toplantısı zamanı avqustun 27-də təyin olunacaq. Məlumatda o da bildirilir ki, müvəqqəti baş nazir vəzifəsində 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər olacaq.