"H2-A" raketi Yaponiyanın cənubundakı kosmik mərkəzdən buraxılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, raket Ağıllı Ay Tədqiqat Vasitəsi kimi tanınan dəqiq eniş aparatını daşıyır.
Raketin 4-6 ay ərzində Ay səthinə enməsi gözlənilir.
Qeyd edək ki, əslində "Moon Sniper" adlı missiyanın avqust ayında başlaması nəzərdə tutulmuşdu, lakin əlverişsiz hava şəraiti səbəbindən missiya 1 həftə ərzində 3 dəfə təxirə salınıb.
Malik Atilay