|
|
|
|

Rusiya Federasiyası hökuməti tərəfindən Ukraynanın şərqindəki əhali üçün göndərilən humanitar yük iki ölkə sərhədində yoxlanılır.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Antiterror Mərkəzindən açıqlama verilib.
Açıqlamada deyilir ki, Ukrayna sərhədçiləri və gömrükçüləri Rusiya ərazisindəki Donetsk buraxılış məntəqəsində humanitar yükün yoxlanılması və sənədləşdirilməsinə başlayıblar. Ukrayna tərəfdən prosesdə 59 nəfər – 41 sərhədçi və 18 gömrük əməkdaşı iştirak edir. Yük daha sonra Ukraynanın Luqansk vilayətinə yola salınacaq.



