"Mitsubishi Motor"un satışlarının azalması səbəbindən Çində avtomobil istehsalını dayandıracağı bildirilib.
525.az "Kyodo" agentliyinin bazar mənbələrinə əsaslanaraq xəbər verir ki, "Mitsubishi Motor" Çində istehsalını dayandıracaq. Geri çəkilmə qərarının şirkətin Çində satışlarının azalması və Çin bazarının elektriklə işləyən avtomobillərə doğru getdikcə artması ilə əlaqədar olduğu bildirilib.
Yapon şirkətinin yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarı açıqlayacağı və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir.
Qeyd edək ki, "Nissan Motor" 2023 maliyyə ili üçün Çində satış hədəfini 1,1 milyondan 800 minə endirmiş, "Mazda Motor" isə aprel-iyun rübündə Çindəki satışlarında 17 faiz azalma yaşamışdı.
Məhəmməd Tağıyev