|
|
|
|

Qənirə xanım Paşayevanın dünyasını dəyişdiyinə kim inanar ki?Mən də inanmıram! Bir vaxtlar Təbrizə babamız Şəhriyarın qəbrinə gül qoymaq üçün tələsdiyi kimi yenə də yəqin ki, tələsik səfərə çıxıb...
Bakıdan Təbrizə bir gül apardı,
Şəhriyar qəbrinin üstə qoymağa.
Yox, gül aparmadı, könül apardı,
Şəhriyar qəlbinin üstə qoymağa!
Gedirdi nur səpib yola, deyirlər,
Bu da bir xidmətdi Vətən yolunda!
Mənzilə çatdırıb, belə deyirlər,
Gül onu gül kimi tutub əlində!?
Tez çatmaq gərəkdi Təbrizə o gün,
Apardığı o gül solmasın, deyə.
Qorğanıb üstündə elə əsirdi,
O gülə heç bir şey olmasın, deyə!

Yaxşı ki, tərkinə götürdü Xızır,
Belə tez olmayıb heç kim Təbrizdə.
Gözünü yum, - dedi, aç, - dedi, açdı,
Yumdu - Bakıdaydı,
Açdı - Təbrizdə!
Baba qəbri üstə gedən bir zəvvar,
O gün yarı adam, yarı gül oldu.
Apardığı gülsə, yox-yox, könülsə,
Bir dəstə gül oldu, sığmadı Ərzə,
Ağ gül, qırmızı gül, sarı gül oldu!
...Əzəli zəvvardı Əzəldən bəri,
Əbədi yoçudu, yoldadı canı.
Könüldədi canı, güldədi canı!
Dayanar ürəyi, gül yaşamasa,
Baba qəbri üstə gül daşımasa!



