Tesla 2021-2023 Model X avtomobillərindən bəzilərini geri çağırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tesla tərəfindən verilən açıqlamada: "Nəqliyyat vasitəsinin nəzarətçisi əyləc mayesinin azlığını aşkar etməyə və xəbərdarlıq işığını göstərməyə bilər", - deyilib.
ABŞ Milli Avtomobil Yolları və Nəqliyyat Təhlükəsizliyi İdarəsi Tesla TSLA.O-nun 54,676 Modelini geri çağırdığını bildirib.
Qeyd edək ki, avqustda NHTSA 280.000 yeni Tesla Model 3 və Model Y avtomobilləri ilə bağlı sükan idarəetməsi və elektrik sükanının itirilməsi xəbərləri ilə bağlı araşdırma başladılıb.
Malik Atilay