|
|
|
|
"Ermənistan işğal dövründə Azərbaycanın yüzlərlə tarixi, mədəni irsini yox etmək istəyib, bu, mədəni genosiddir".
525.az APA-ya istinadən xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Emil Əhmədov Bakıda keçirilən İpək Yolu Volqa-Xəzər dəhlizi Birinci İllik Sub-regional Konfransında çıxışı zamanı deyib.
O sözügedən abidələrin bəzilərinin tamamilə dağıdıldığını, bəzilərinin isə ciddi zərər gördüyünü əlavə edib: "Amma Azərbaycan mənşəyindən asılı olmayaraq, bütün bu obyektlərin qorunması üçün çalışır".