|
|
|
|

Çin kosmosa uzaqdan zondlama imkanlarına malik "Yaogan" sinifli Yer müşahidə peykləri göndərib.
525.az xəbər verir ki, "Yaogan-39" peyklərinin dördüncü qrupu Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən "Long March 2D" raketi ilə orbitə buraxılıb. Buraxılış "Long March" raketləri ilə yerinə yetirilən 492-ci missiya idi.
Qeyd edək ki, Çin "Yaogan-39" peyklərinin birinci qrupunu avqustun 31-də, ikinci qrupunu sentyabrın 17-də, üçüncü qrupunu isə oktyabrın 5-də kosmosa göndərmişdi.
Məhəmməd Tağıyev



