|
|
|
|

Noyabrın 4-də Şabran rayonunda itkin düşmüş qızın axtarışları başa çatıb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Samur-Abşeron kanalının Şabran rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü İsmayılova Aişə Malik qızının cəsədi tapılaraq sudan çıxarılıb.
Qeyd edək ki, 19 yaşlı A.İsmayılova 5 ay əvvəl ailə həyatı qurub. Onun bədbəxt hadisə nəticəsində öldüyü və ya intihar etməsi hələlik dəqiq bilinmir.



