Çin çoxməqsədli Yer müşahidə peyki olan "Tienhui-5"i kosmosa göndərib.
525.az xəbər verir ki, peyk ölkənin Şensi əyalətindəki Tayyuen Peyk Mərkəzindən "Long Mart 6" raketi ilə buraxılıb. Kosmosa buraxıldıqdan sonra peyk planlaşdırılan orbital mövqeyinə yerləşib və coğrafi xəritəçəkmə, torpaq ehtiyatlarının izlənməsi, elmi təcrübələr və digər vəzifələr üçün istifadə olunacaq.
Qeyd edək ki, buraxılış "Long March" raketləri ilə yerinə yetirilən 494-cü nəqliyyat missiyası olub
Məhəmməd Tağıyev