|
|
|
|
Şəmsi VƏFADAR
Azərbaycan bayrağı
Göylərin yaraşığı,
Səmaların nur payı
Azərbaycan bayrağı...
Sən minlərlə şəhidin
qanından yoğrulmusan,
Bütün ellər bilir ki,
sən haqdan doğrulmusan.
Sən azadlıq rəmzisən,
Müstəqil dövlətimin,
elimin fəxarəti...
sənə səcdə edirik.
Qüruru,
and yerisən
yenilməz millətimin...
Sən dalğadan Şuşada,
dalğalan Xankəndidə...
Sən dalğalan yurdumun
hər yerində, bəndində
Sənin yerin Borçalı,
sənin yerin Dərbənddi,
Sənin yerin Təbrizdi,
sənin yerin Mərənddi.
Elim-obam, millətim,
Ali Baş Komandanım...
Bircə sözün bəsdi
Kükrəsin ümman kimi,
Kükrəsin dəniz kimi,
yağı düşmən yalvarsın,
diz çöksün hüzurunda...
Sən bu elin-obanın,
Sən bu yurdun-yuvanın,
Sən bu xalqın, millətin...
tükənməz sərvətisən,
Sənə toxunan meh də...
Üstünə qonan şeh də...
Dünyaya xoşbəxt gəlib.
Səcdəgahsan sən bizə,
Qibləgahsan sən bizə...
Azərbaycan bayrağı...
Sən dalğalan göylərdə,
Düşmənə göz dağısan...
Gözümüzün qarası,
Gözümüzün ağısan...