|
|
|
|

Bakıda 100 min dəyərində qızıl əşyaları oğurlayan 2 qadın tutulub.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğurluq Xətai rayonunda Minəxanım Eminovanın evində baş verib.
Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Minəxanım Eminovanın evindən 100000 dollar dəyərində qızıl əşyalarını oğurlamış Bakı şəhər sakinləri Şəhla Ağayeva və Xuraman Babayeva tutulublar.



