Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mustafa Moavad Əbdül-Tavab Əbu-Ziəd dünyasını dəyişib.
APA TV-nin məlumatına görə, 57 yaşlı diplomat Qahirə xəstəxanasında əməliyyat zamanı vəfat edib.
Mustafa Moavad 1957-ci il avqustun 15-də anadan olub. 3 ildir Azərbaycanda işləyən Mustafa Moavadın fəaliyyəti iyul ayında bitməli olsa da, səhhəti ilə əlaqədar fevral ayında ölkəni tərk etməli olub.