Bakıda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dünən saat 18 radələrində Elşən Məmmədov küçəsində zəncirvari yol qəzası baş verib. İki "Mercedes", iki "Opel" və bir "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Yarlılar 3 saylı şəhər xəstəxanasına gətirilib.