|
|
|
|

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində idarəetmə problemini həll etmək üçün 2,03 milyon avtomobili geri çağıracaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, "Tesla" avtomobillərində avtopilot işə salındıqda, sürücünün nəqliyyat vasitəsinin istismarı üçün məsuliyyət daşımadığı və idarə etmədiyi təqdirdə toqquşma riskinin arta biləcəyi ifadə edilib.
Açıqlamada bu problemi həll etmək üçün avtopilotda bir proqram yeniləməsinin tələb olunduğu və "Tesla"nın 2015-ci ilin sonunda avtopilotun işə salınmasından sonra istehsal edilən təxminən 2,03 milyon Model X, S, 3 və Y avtomobilini yeniləyəcəyi vurğulanıb.
Qeyd edək ki, "Tesla"nın 2 milyondan çox avtomobili geri çağırması NHTSA-nın Avtopilotdan istifadə zamanı baş verən bir sıra qəzalarla bağlı iki illik araşdırmasından sonra baş verib.
Malik Atilay



