
2012-ci ilin oktyabr ayı ərzində 3,488,832 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Bu barədə 525.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Bu dövrdə 652 PHS və 3 ədəd piyada və 6 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 207,194,930 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 674,759-dur.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabəsi, Ağstafa, Füzuli, Gədəbəy, Goygol, Goranboy, Tərtər, Şəmkir və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.



