|
|
|
|

"Yaogan-41" peyki "Long March-5 Y6" raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Kosmik Atış Mərkəzindən orbitə buraxılıb.
525.az xəbər verir ki, peykin buraxılışdan sonra planlaşdırılmış orbit mövqeyində qərarlaşdığı bildirilib. Belə ki, buraxılış "Long March" raketləri ilə həyata keçirilən 502-ci nəqliyyat missiyası olub.
Uzaqdan zondlama funksiyasına malik optik peyk kadastr, məhsulun monitorinqi, ətraf mühitin idarə edilməsi, meteoroloji xəbərdarlıq, fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması işlərində istifadə olunacaq.
Qeyd edək ki, "Yaogan" Çin dilində uzaqdan zondlama deməkdir.
Məhəmməd Tağıyev



