Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus "SLIM" Aya eniş aparatının peykin orbitinə daxil olduğu bildirilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, JAXA öz bəyanatında "Ay Kəşfiyyatı üçün Ağıllı Eniş Vasitəsi"nin (SLIM) kosmik səyahət məlumatlarını yeniləyib.
Bildirilib ki, “Ay snayperi” ləqəbli SLIM avtomobili həftənin əvvəlində Ayın orbitinə uğurla daxil olub.
“Orbital dəyişikliyi planlaşdırıldığı kimi baş verib və zond şəraitində qeyri-adi heç nə olmayıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, eniş aparatının Aya doğru enişinə yanvarın 20-də başlanacağı gözlənilir.
Malik Atilay