"Daihatsu Motor" modellərində təhlükəsizlik keyfiyyəti testlərində səhv aşkar edildikdən sonra Yaponiyada istehsalını dayandırdığını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yapon şirkəti, modellərinin təhlükəsizlik keyfiyyəti testlərində səhvlər aşkar edən müstəqil komitənin araşdırmasından sonra fəaliyyətini dayandırıb.
Daha əvvəl yerli və xarici daşımaları dayandırmağa qərar verən "Daihatsu", Yaponiyadakı fabrikində istehsalı dayandırdığını açıqlayıb.
2024-cü ilin yanvar ayının sonuna qədər davam edəcək istehsalın dayandırılması qərarının 8 mindən çox avtomobil təchizatçısının fəaliyyətinə mənfi təsir göstərəcəyi qeyd edilib.
Malik Atilay