|
|
|
|
Çin kosmosa "Tienmu-1" peyk şəbəkəsinin hissələrini təşkil edən dörd meteoroloji peyk buraxıb.
525.az xəbər verir ki, peyklər "Kuaicou-1A" daşıyıcı raketi ilə Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən buraxılıb. Kommersiya meteoroloji məlumat xidmətləri üçün istifadə edilməsi nəzərdə tutulan peyklər, buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşib.
Qeyd edək ki, buraxılış "Kuaicou-1A" raketi ilə həyata keçirilən 24-cü uğurlu nəqliyyat missiyası olub.
Məhəmməd Tağıyev